
Tədbirdə iştirak etmək üçün Moskvaya ezam olunan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov konfransda məruzə ilə çıxış edib.
Konfransın yekununda professor Nəriman İsmayılov tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib, gələcək əməkdaşlıq sahəsində müzakirələr aparıb.
Qeyd edək ki, beynəlxalq konfransın bundan əvvəlki iki tədbiri məhz Şamaxı Astrofizika Rəsədxanasında 2019-cu ildə əyani və 2022-ci ildə onlayn formada keçirilib.
Tehsil-press.az