ATMU-nun rektoru konfransda sağlamlıq turizminin inkişaf etdirilməsi imkanlarından danışıb

ATMU-nun rektoru konfransda sağlamlıq turizminin inkişaf etdirilməsi imkanlarından danışıb Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov Bakıda keçirilən Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransında iştirak edib.
Tədbirdə çıxış edən İlham Mədətov sağlamlıq turizminin inkişafına dəstək vermək üçün rəhbərlik etdiyi ali məktəbdə görülən işlərdən danışıb, eyni zamanda, mövcud imkanlardan səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi postpandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi məsələlərindən ibarət olub. Konfransda Azərbaycan və qardaş ölkənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən müəssisələrinin təmsilçiləri, Milli Məclisin deputatları və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər