
Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) tərəfindən verilən açıqlamada, bu xəstəlikdən yalnız bir gündə 2 min 905 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Ötən il ölkədə 281 nəfər danq qripindən dünyasını dəyişib.
Tropik və subtropik bölgələrdə müşahidə olunan danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.
Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.
Tehsil-press.az