
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli söyləyib.
“Bu gün imtahan verənlər arasında 3-5 il təcrübəsi olan müəllimlərimiz var. Əlbəttə, onlardan daha yaxşı nəticələr gözləyirik. Eyni zamanda, bu gün 60 yaşı tamam olan müəllimlərimiz könüllü olaraq imtahanda iştirak edirlər. Onların da imtahan nəticələrini səbirsizliklə gözləyirik. Düşünürük ki, bu müəllimlərimiz də ən yaxşı nəticələri ilə bizi sevindirəcəklər. Bu gün ölkə üzrə 13 mərkəzdə 3 mindən çox müəllim imtahan verir”, - deyə nazir müavini qeyd edib.
Tehsil-press.az