Türkiyənin nüfuzlu jurnalı Ulu Öndər Heydər Əliyevə xüsusi buraxılış həsr edib

Türkiyənin nüfuzlu jurnalı Ulu Öndər Heydər Əliyevə xüsusi buraxılış həsr edib Türkiyənin nüfuzlu “Dergipark” elmi nəşrlər sisteminə daxil olan “Akademik tarix və düşüncə” jurnalının bu günlərdə çapdan çıxan xüsusi buraxılışı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycanda “Heydər Əliyev İli”nə həsr olunub.
Jurnalın xüsusi nömrəsi Ulu Öndər Heydər Əliyevin həyatını, fəaliyyətini, irsini əks etdirən bioqrafiyasının xronologiyası əsasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın yazdığı “Keşməkeşli və şərəfli ömür” məqaləsi ilə başlayır. Nömrəyə tanınmış Azərbaycan alimlərinin 35 məqaləsi daxil edilib. Məqalələri Xatirə Quliyeva toplayıb və tərtib edib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasir dövr” məqaləsində Ulu Öndərin dövlət quruculuğu və siyasi idarəçilik məktəbi təhlil olunub, müasir dünya siyasi düşüncəsi üçün Heydər Əliyevin ideyalarının əhəmiyyəti əsaslandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər