Yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib

Yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib.
BŞTİ müdiri Mehriban Vəliyeva yeni təyin olunmuş məktəb direktorlarına üzərlərinə düşən şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb.
Təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu xatırladan idarə müdiri direktorların qarşısında duran vəzifələrə diqqət çəkib. Mehriban Vəliyeva ümumi təhsil müəssisələrində 45 dəqiqə ərzində öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin və daxili korporativ mədəniyyətin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra BŞTİ-nin müdir müavini Anar Məmmədov, sektor müdirləri Fuad Babayev və Anar Mustafazadə tərəfindən yeni məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, sağlam və yaradıcı mühitin təmin olunması, məktəb-ailə və müəllim-şagird münasibətlərinin inkişafı, şagirdlərin davamiyyəti və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Tehsil-press.az


Oxşar xəbərlər