Çin Milli Kosmik Administrasiyasının nümayəndələri BDU-da

Çin Milli Kosmik Administrasiyasının nümayəndələri BDU-da Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Milli Kosmik Administrasiyasının Uzaq kosmos tədqiqatları laboratoriyasının Beynəlxalq əməkdaşlıq və mübadilə mərkəzinin direktoru Vanq Jonqminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rektor Elçin Babayev qonaqlara BDU-nun tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Ölkədə astrofizika sahəsində yeganə kafedra da məhz bu universitetdədir. Həmçinin BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Astrokosmik və atmosfer tədqiqatları elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Vanq Jonqmin kosmik tədqiqatlar sahəsində Azərbaycan-Çin əlaqələrinin perspektivlərindən, Çində bu sahədə yerinə yetirilən tədqiqatlardan danışıb, rəhbərlik etdiyi qurumun BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər