
Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 508 dollar təşkil edir.
Bu ərəfədə ABŞ-ın “Chevron” neft-qaz kompaniyası Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda təhlükəsizlik baxımından “Tamar” qaz yatağında hasilatı dayandırıb. Hasilatın dayandırılması, eyni zamanda, Avropaya tədarüklərin də gecikməsinə səbəb ola bilər. Bundan başqa, “Chevron” kompaniyasının Avstraliyada maye qaz istehsalı ilə məşğul olan iki müəssisəsinin əməkdaşları gələn həftədən tətili bərpa etməyi planlaşdırırlar.
Tehsil-press.az