Bu il AzMİU-da 208 tələbə təhsil haqqından azad olunub

Bu il AzMİU-da 208 tələbə təhsil haqqından azad olunub 2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 1151 tələbə ödənişli əsaslarla qəbul olub.
Onlardan 208 nəfəri ödənişdən azad edilib. Azad edilən tələbələr məcburi köçkünlər, şəhid və Qarabağ əlillərinin ailə üzvləridir.
Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə qəbul planı 91,1 faiz, AzMİU-nun nəzdindəki İnşaat Kollecində isə 100 faiz ödənilib. Magistratura səviyyəsi üzrə plan yerlərinin 94,4 faizinə tələbə qəbul olunub. MBA proqramı üzrə isə nəticələr daha yüksək, 97,7 faiz olub.
Yeni tədris ilində universitetə Memarlıq, İnşaat, Nəqliyyat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, Mexanika və informasiya texnologiyaları və Tikinti iqtisadiyyatı fakültələrinə 27 ixtisas üzrə qəbul aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər