UNEC-in 10 tələbəsi Prezident təqaüdünü qazanıb

UNEC-in 10 tələbəsi Prezident təqaüdünü qazanıb Prezident İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Prezident təqaüdünə layiq görülənlər arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) də tələbələri var.
UNEC-in 10 tələbəsi (Banuçiçək Şəkizadə, Zəhra Sadıxlı, Hüseyn İsayev, Anar Hüseynov, Nəzrin Səfərova, Şövqi İsayev, Aminə Maksimova, Vaqif Rəhimli, Əli Niftəliyev, Nihad Həsənzadə) Prezident təqaüdünü qazanıb. Prezident təqaüdünü qazanan tələbələrin 9 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə, 1 nəfər isə beynəlxalq ticarət və logistika ixtisasında təhsil alır.

Tehsil-press.az




Oxşar xəbərlər