Türkiyəli telejurnalistlər BDU-da praktik seminar keçiriblər
III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun iştirakçıları olan TRT-nin keçmiş əməkdaşı Hayri Çölaşan və rejissor-prodüser Esin Özalp Öztürk Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının qonağı olublar.
Qonaqlar studiya ilə yaxından tanış olub və BDU TV-yə müsahibə veriblər.
Onlar, eyni zamanda, studiyanın auditoriyasında tələbələrə sənədli filmin necə hazırlanması, rejissor işinin özəllikləri barədə praktik seminar keçiblər.
İnteraktiv formada keçirilən seminarda maraqlı müzakirələr aparılıb.
Tehsil-press.az
- Baxış: 1014
Xəbərin tarixi: 27.10.2023 / 08:12
-
Oxşar xəbərlər