Bakı Slavyan Universitetində (BSU) “Rus dili ali və orta məktəblərdə xarici dil kimi: rəqəmsal dövrün çağırışları” mövzusunda keçirilən beynəlxalq elmi-praktik seminar başa çatıb.
İki gün davam edən beynəlxalq elmi-praktik seminar Moskva Pedaqoji Dövlət Universitetinin Təhsildə fənlərarası filoloji layihələr laboratoriyasının müdiri, pedaqoji elmlər doktoru, dosent Olqa Drozdovanın mühazirəsi ilə yekunlaşıb. Mühazirədə rus dilində təhsilin özəllikləri, dərs prosesində istifadə edilən üsullar və vasitələr, mövzunun mənimsənilməsində qarşıya çıxan çətinliklər, ədəbi dil normalarına riayət edilməsi, şagirdlərin şifahi və yazılı nitq mədəniyyətinin formalaşdırılması, dərs prosesində anlaşılan terminlərin seçilməsi və digər mühüm məqamlar əksini tapıb.
Maraqlı və fəal diskussiya şəraitində keçən mühazirədə BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov, Məzunların təcrübə və karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasov və digərləri çıxış edərək təqdimatı yüksək qiymətləndiriblər.
Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının katibliyinin direktoru Aleksandr Korotışev beynəlxalq elmi-praktik seminarın yüksək səviyyədə təşkilinə görə BSU-nun rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inamını ifadə edib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

BSU-nun Mətbuat Xidməti