Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda YAP Yasamal rayon təşkilatının sədri ilə görüş

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda YAP Yasamal rayon təşkilatının sədri ilə görüş Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun partiya fəalları ilə görüşü olub.
YAP fəallarının iştirak etdikləri görüşdə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr yerinə yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Bununla da Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən ali məqsədi reallaşdırılmış oldu.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, postmüharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsi, Böyük Qayıdışın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və bu kimi milli məqsədlər Yeni Azərbaycan Partiyası tərəfindən strateji prioritetlər kimi müəyyənləşdirilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edən B.Nəbiyev bildirib ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail olub və siyasi təşkilat olaraq daha da güclənib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi və diplomatik qüdrəti ilə təmin olunan ərazi bütövlüyümüz ölkəmizin siyasi-iqtisadi gücünü dünyaya göstərdi. Bu il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın ucaldılması qürur doğurur.
Çıxış edən partiya üzvləri - Füzuli rayon sakini Zülfiyyə Məmmədova, Zəngilan rayon sakini Oruc Kərimli, institutun laboratoriya müdiri professor İxtiyar Bəxtiyarlı, Qadınlar Şurasının sədri dosent Esmira Quluzadə vurğulayıblar ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan çox sürətlə inkişaf edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da yüksəlir.

Tehsil-press.az



Oxşar xəbərlər