Fizika İnstitutunda Zəfər Günü qeyd olunub

Fizika İnstitutunda Zəfər Günü qeyd olunub Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri elmi müəssisənin baş direktoru akademik Arif Həşimov açaraq 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki yerindən, əhəmiyyətindən bəhs edib. Akademik Zəfər Gününün bütün dünya azərbaycanlılarının, ümumilikdə Türk dünyasının bayramı olduğunu qeyd edib. Arif Həşimov Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Bildirib ki, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində canlarından keçmiş Vətən oğullarının xatirəsini yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.
Akademik Arif Həşimov zəfər yoluna aparan qələbənin tarixindən danışıb. Bildirib ki, 30 ildən sonra əldə olunan Zəfərin təməli Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtması ilə başlayıb. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən, sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün atılan addımlardan söhbət açıb. Ulu Öndərin hələ sovet dövründə Cəmşid Naxçivanski adına hərbi məktəbi yaratdığını qeyd edib.
Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilov Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımov Murovdağ, Şəmsi Hacıyev isə Zəngilan, Füzuli döyüşlərində iştirak edib. Əməkdaşlardan kadrlar üzrə mütəxəssis Mətanət Məcidova şəhid ailəsidir.
Tədbirdə fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov və elmi işçi Bayram Xudayarov da çıxış ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər