BDU-nun “SABAH” qrupları tələbələrinin daha bir uğuru
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Səyyarə Haqverdiyeva və Zəhra Abdullayeva “Sophisticated Suits” adlı komanda ilə Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyi (ELSA Azərbaycan) tərəfindən təşkil olunan universitetlərarası “Şahid dindirmə” müsabiqəsinin 3-cü buraxılışının qalibi olublar.
Müsabiqənin final mərhələsi Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilib. Qalib komanda mükafat və sertifikat, həmçinin “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda ödənişli təcrübə keçmək imkanı qazanıb.
Tehsil-press.az
- Baxış: 1362
Xəbərin tarixi: 22.11.2023 / 07:29
-
Oxşar xəbərlər