
Görüşdə direktor Ceyhun Kərəmov peşə təhsili sahəsində beynəlxalq tərəfdaşlar sırasında Türkiyənin xüsusi yer tutduğunu söyləyib. O bildirib ki, yaxın gələcəkdə Qəbələ və Bakıda Türkiyə ilə ortaq iki peşə təhsili müəssisəsinin qurulması planlaşdırılır.
Görüşdə, həmçinin qardaş Türkiyənin əmək bazarının araşdırılması və təhlili, əldə olunan nəticələrin peşə təhsili sisteminə tətbiqi, pedaqoji heyətin təlimlərə cəlb edilməsi ilə bağlı təcrübələr də müzakirə edilib.
Tehsil-press.az