
Belə məlumatlar İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin müharibənin ilk 100 gününün nəticələrinə dair dərc etdiyi xülasədə yer alıb.
Məlumata görə, hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli bilinən 2,3 minə yaxın fələstinlini dindirib, onlardan bəziləri həbs edilərək növbəti dindirilmə üçün İsrailə aparılıb. Hərbçilər həmçinin Qəzza zolağına humanitar yardım aparan 7653 yük maşınının İsrailin nəzarətindən keçdiyini və təxminən 138 min ton yükü Fələstin anklavına çatdırdığını bildirib.
Məlumatına görə, qarşıdurma başlayandan bəri Livanda şiə Hizbullah hərəkatının təxminən 170 mövqeyinə hücum edilib və 170-dən çox silahlı radikal öldürülüb. Bu müddət ərzində Livandan İsrailə 2 minə yaxın raket atılıb.
Tehsil-press.az