“Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” layihəsi çərçivəsində onlayn seminar

“Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” layihəsi çərçivəsində onlayn seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində təhsilin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi (İQAinAR)” layihəsi çərçivəsində onlayn seminar keçirilib.
Seminarda ADPU ilə yanaşı Naxçıvan Dövlət Universiteti (NDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) maraqlı tərəfləri (tələbələr, müəllimlər, işəgötürənlər) iştirak ediblər.
Seminarın moderatoru Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov “İQAinAR” layihəsi haqqında məlumat verib. O, ESG standartlarının ali məktəblərimizə tətbiqinin əhəmiyyətindən söz açıb və layihə çərçivəsində ali təhsil müəssisələrində təlim, tədris, qiymətləndirmə və tədqiqatla bağlı əsas keyfiyyət göstəricilərini göstərib. Qeyd olunub ki, seminarın məqsədi müvafiq keyfiyyət göstəricilərini maraqlı tərəflərlə müzakirə etmək və bununla əlaqədar onların fikirlərini öyrənməkdir.
Təqdimatdan sonra seminar iştirakçıları ilə ali məktəblərdə keyfiyyətli təhsil və bununla əlaqədar problemlərin mövcudluğu müzakirə olunub.
Sonra müzakirələr dəyirmi masalarda davam etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər