Ötən il BDU-da 23 əcnəbi müəllim təlim-tədris prosesinə cəlb olunub

Ötən il BDU-da 23 əcnəbi müəllim təlim-tədris prosesinə cəlb olunub Ötən il Bakı Dövlət Universitetində (BDU) 23 əcnəbi müəllim təlim-tədris prosesinə cəlb olunub.
2023-cü ildə BDU “Erasmus+ KA 171” beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində 11 universitetlə (İstanbul Texniki Universiteti, Eskişehir Universiteti, Alexandru İoan Cuza Universiteti, Karlova Universiteti, Hacettepe Universiteti, Çukurova Universiteti, Bayburt Universiteti, Orta Doğu Texniki Universiteti, Tokat Gaziosmanpaşa Universiteti, Mykolas Romeris Universiteti və Firat Universiteti) müqavilə imzalayıb. Həmin il proqram çərçivəsində BDU-nun 4 tələbəsi təhsil almaq üçün xaricə göndərilib. İl ərzində BDU-nun 9 əməkdaşı xarici universitetlərdə təcrübə keçib. Müxtəlif xarici universitetlərdən 18 nəfər BDU-da təcrübə və tədrislə məşğul olub. “Orhun” mübadilə proqramı çərçivəsində 3 tələbə BDU-da təhsil alıb.

Tehsil-press.az



Oxşar xəbərlər