BDU-da Sivas Cümhuriyyət Universitetinin rektoru ilə görüş olub

BDU-da Sivas Cümhuriyyət Universitetinin rektoru ilə görüş olub Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Türkiyə Respublikasının Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız ilə görüşü olub.
Görüşdə E.Babayev BDU ilə qardaş Türkiyənin ali məktəbləri arasında elm-təhsil əlaqələrinin son illər daha da genişlənməsinin sevindirici olduğunu qeyd edib. O bildirib ki, Sivas Cümhuriyyət Universiteti ilə də anlaşma memorandumu və “Erasmus+ KA 171” proqramı çərçivəsində uğurlu əməkdaşlıq davam edir, fizika üzrə ikili diplom proqramı hazırlanır. Rektor fizika ilə yanaşı, kompüter elmləri, biotexnologiya, kimya, riyaziyyat, ekologiya, tarix, ədəbiyyat istiqamətləri üzrə də geniş əməkdaşlıq imkanlarının olduğunu xatırladıb. Qeyd edilib ki, bu sahələr üzrə BDU ilə Sivas Cümhuriyyət Universiteti ortaq tədqiqatlar apara, birgə layihələr həyata keçirə bilər.
Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız BDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların genişləndirilməsinə ehtiyac olduğunu bildirib.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər