Böyük Britaniyada güclü qasırğa baş verib

Böyük Britaniyada güclü qasırğa baş verib Böyük Britaniyada güclü “İşa” qasırğası baş verib.
Küləyin sürəti saniyədə 47 metrə çatır. Enerji Şəbəkələri Assosiasiyasının məlumatına görə, İngiltərə və Şotlandiyanın şimalında ən azı 30 min, Şimali İrlandiyada isə 40 min insan işıqsız qalıb. Bəzi rayonlarda leysan yağışları daşqınlara, ağacların elektrik xətlərinə aşması yanğınlara səbəb olub. Əlverişsiz hava şəraiti səbəbindən kommunal xidmət işçiləri qəza yerinə çata bilmir.
Qeyd olunur ki, hava limanları reysləri ləğv edir və dəmir yolu operatorları qatar xidmətlərini dayandırıb. Təhlükəsizlik məqsədilə Sellafild nüvə kompleksi bağlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər