Cenifer Lopes özü haqqında filmi təqdim edib

Cenifer Lopes özü haqqında filmi təqdim edib “Prime Video” yayım xidmətinin yutub kanalında Cenifer Lopesin həyatına həsr olunmuş filmin treyleri yayımlanıb. Bu ekran əsərinin premyerasının fevralın 16-da baş tutacağı bildirilir.
Müğənni və aktrisa Cenifer Lopesin həyatı barədə “This is Me...Now: A Love Story” (“Bu, mənəm…indi. Məhəbbət hekayəsi”) adlı yeni musiqili filmin anonsunda fantastik kostyumlar, heyrətamiz xoreoqrafiya və məşhur ulduzlar yer alıb.
65 dəqiqəlik filmi amerikalı rejissor və klip ustası Deyv Meyer lentə alıb. O, Harri Stayls, Ariana Qrande, Teylor Svift və digər dünyaşöhrətli ulduzlarla çalışıb. Lopes rejissorla birlikdə mifoloji hekayələr və şəxsi hisslərlə bağlı kinematoqrafiya dastanı yarada bilib.
İki dəqiqə davam edən treylerdə 54 yaşlı Lopes deyir: “Mən özümün acı təcrübəmdən bilirəm: məhəbbət hekayələrinin heç də hamısı xoşbəxt sonluqla bitmir”.
Filmdə baş rolu Cenifer Lopesin özü oynayıb. Layihədə, həmçinin Ben Afflek, Post Malone, Trevor Noa, Kim Petras və başqaları iştirak ediblər.
Treylerdə qeyd olunub ki, film ifaçının şəxsi həyatındakı real hadisələr əsasında çəkilib. Burada Lopesin öz bacısı ilə bir otaqda yaşaması və gecələr yata bilməməsi kimi faktlar, psixoloji qrupda öz uşaqlıq illərini təsvir etməsi səhnələri yer alıb.
İnstaqram səhifəsindəki postunda Lopes yazıb: “Sizlərlə hər hansı fikirləri bölüşərkən, artıq uzun illər belə əsəbi olmamışdım, qorxu və həyəcan hissləri keçirmirdim! Bu mənim həyatımın ən şəxsi məqamlarıdır”.
Film müğənninin sayca yeddinci studiya albomu və on il ərzində birinci press-relizi ilə birlikdə ekranlara çıxacaq. Lopesin on ildən sonra ilk albomunu buraxması ötən ilin payızında məlum olub. Onun sonuncu albomu 2014-cü ildə A.K.A adı altında işıq üzü görmüşdü.
“This is Me...Now” 2002-ci ildə çıxmış və Ben Afflekə həsr olunmuş albomun davamıdır. Həmin vaxt cütlük ayrılmışdı və 2022-ci ildə yenidən barışaraq evlənib. Alboma 13 trek, o cümlədən “Dear Ben, Pt. II” – iyirmi il əvvəl təqdim olunan “Dear Ben” mahnısının davamı daxildir. Müğənninin fanatları, həmçinin pop-musiqi və hip-hop janrlarına aid müxtəlif mahnıları dinləyə biləcəklər.
Müğənni öz albomu haqqında deyib: “Siz mənim həyatımı müşahidə etmisiniz və məni görmüşünüz. Bu albomla bildirmək istəyirəm ki, həqiqətən də əsl məhəbbət mövcuddur”.

Tehsil-press.az



Oxşar xəbərlər