
Azərbaycan tərəfindən bu layihədə AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva iştirak edir. Alim bu layihə üzrə Almaniyanın Vuppertal şəhərində keçirilmiş növbəti toplantıda, həmçinin Beynəlxalq Kiçik Miqdarda olan Elementlərinin Biogeokimyası Konfransı (ICOBTE) və Beynəlxalq Ağır Metallar Konfransının (ICHMET) 1-ci birləşmiş tədbirində iştirak edib. COST üzrə toplantıda layihənin növbəti mərhələləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Layihənin iş paketlərindən birinin məqsədi geniş auditoriyanın, xüsusilə məktəblilərin maarifləndirilməsidir. Bu məqsədlə aşağı sinif şagirdləri üçün bitki aləminə həsr edilmiş kitabın birinci hissəsi hazırlanıb. Kitab Azərbaycan dili də daxil olmaqla 20 dildə tərtib edilib. Azərbaycan dili üzrə tərcümə redaktoru dosent E.Əlirzayeva və Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Nihal Mustafayevadır.
Kitabın pdf formatı ilə AMEA-nın saytındakı keçid vasitəsilə tanış olmaq olar.
Tehsil-press.az