Bloomberg: Partiya üzvləri Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlar

Bloomberg: Partiya üzvləri Baydenin seçkilərdə qalib gələcəyinə inanmırlar Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər.
Partiyanın bəzi üzvləri Baydenin ikinci müddətə ABŞ prezidenti seçilmək şansından narahatdırlar. Narahatlıq onun yaşı (81), yüksək qiymətlər və administrasiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi səbəbindən səs itirməsidir. Agentliyin söhbət etdiyi demokrat konqres üzvləri ABŞ-ın hazırkı prezidentini autsayder hesab edirlər.
Co Baydenin bir çox tərəfdarı keçmiş ABŞ lideri Donald Trampın (Respublika Partiyası) dövlət başçısı seçilməklə daha yaxşı işlər görəcəyinə inanır.
Xatırladaq ki, Tramp dəfələrlə Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər