Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi şagirdlərlə görüşüb

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi şagirdlərlə görüşüb Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şamxal Cəmilzadə məzunu olduğu Sumqayıt şəhərindəki “İstedad” Liseyinin şagirdləri ilə görüşüb.
Görüşdə Şamxal Cəmilzadə təhsil aldığı illərdə və peşəkar fəaliyyətində qazandığı bilik və bacarıqları bölüşüb. Şamxal Cəmilzadə gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələrini bölüşüb və şagirdləri maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda liseyin şagirdlərinə sertifikatlar təqdim olunub.
Görüş Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir gələcək” təşəbbüsü çərçivəsində reallaşıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər