UNEC “Webometrics” reytinqində Azərbaycan üzrə birinci olub

UNEC “Webometrics” reytinqində Azərbaycan üzrə birinci olub UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb. Yanvarın 31-də açıqlanmış “Webometrics” reytinqində UNEC Azərbaycan üzrə birinci olub.
“Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək dünyanın ən yaxşı 9 faiz universitetləri sırasında yer alıb.
Qeyd edək ki, UNEC bundan öncə “QS Global”, “QS Europe” və “QS Sustainability” reytinqlərində də ölkə üzrə birinci olub.

Tehsil-press.az




Oxşar xəbərlər