Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimləri, eləcə də VII və VIII sinif şagirdləri iştirak ediblər.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov və Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bu beynəlxalq təşəbbüsün yaranma tarixi və mahiyyətindən bəhs ediblər. Onlar gənclər və uşaqlar arasında kitaba və mütaliəyə marağın artırılmasında Beynəlxalq Kitab Bağışlama Gününün qeyd olunmasının önəmindən bəhs ediblər.
Vurğulanıb ki, Pedaqoji Universitetdə gənc nəsildə müəllimlik peşəsinə sevgi aşılamaq məqsədilə mütəmadi tədbirlər, “açıq qapı” günləri təşkil olunur.
Daha sonra şagirdlərə və məktəbin kitabxanasına kitab hədiyyələri təqdim olunub. Şagirdlər və müəllimlər ADPU kitabxanasının fondunda qorunan nadir kitablarla tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər