
Tehsil-press.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb. Qeyd edək ki, dünən Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən 5 raketin Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.
tehsil-press.az