Bunu müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
Agentlik direktoru bildirib ki, Bakı və ətraf rayonlarda bir neçə peşə təhsil müəssisəsinin tikilməsinə ehtiyac var: “Paytaxtın Yasamal, Suraxanı və Binəqədi rayonlarında yeni peşə təhsil müəssisələri açılsa, oradakı plan yerləri dola bilər. Bu, bölgələrə də aiddir. Çünki Mərkəzi Aran, Abşeron-Xızıda tələblə təklif arasında böyük boşluq və uyğunsuzluq var”.
C.Kərəmov hesab edir ki, növbəti illərdə bir çox rayonlarda peşə təhsil müəssisələrinin tikilməsi daha da sürətləndirilməlidir.
O qeyd edib ki, ümumilikdə 2026-cı ilə qədər Qarabağ istisna olmaqla ölkə ərazisində 8 peşə təhsili müəssisəsi tikiləcək, eyni zamanda azad olunmuş ərazilərdə də 8 müəssisə inşa olunacaq.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Tehsil-press.az