Amerikalı konqresmen Ermənistanın ABŞ dostlarına qarşı alət kimi istifadə olunduğunu bəyan edib

Amerikalı konqresmen Ermənistanın ABŞ dostlarına qarşı alət kimi istifadə olunduğunu bəyan edib ABŞ Konqresinin üzvü Montana ştatını təmsil edən Rayn Zinki aprelin 18-də Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan son eskalasiya ilə əlaqədar Ermənistanı tənqid edən bəyanatla çıxış edib.

Onlarla insanın ölümü ilə nəticələnən Ermənistan və Azərbaycan arasındakı son toqquşmalar ilə əlaqədar narahatlığını ifadə edən konqresmen Zinki bu eskalasiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşlər ilə yadda qalan uğurlu Vaşinqton səfərindən dərhal sonra baş verdiyini vurğulayıb.
Konqresmen Zinke, həmçinin bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu və Ermənistan və Azərbaycan arasında baş vermiş son eskalasiyanın yatırılmasının beynəlxalq və regional təhlükəsizlik aspektindən vacib olduğunu ifadə edib.
Daha sonra o, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfələrini diqqətə çatdıraraq, Ermənistanın Azərbaycan da daxil olmaqla regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması ilə bağlı təəssüfünü bildirib.
Sonda konqresmen Zinki bəyanatında Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmaların bu münaqişənin həllinin necə təcili olduğunu bir daha xatırlatdığını qeyd edərək, Ağ Ev Administrasiyasına münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini daha da intensivləşdirmək, habelə aqressiyaya məruz qalan Azərbaycan kimi dost dövlətlərə dəstəyini davam etdirmək ilə əlaqədar çağırış edib.

tehsil-press.az

Oxşar xəbərlər