Fransa bu sahədə də Rusiya ilə əlaqəni kəsdi

Fransa bu sahədə də Rusiya ilə əlaqəni kəsdi Fransa terrorizmlə mübarizə məsələlərində Rusiya ilə əlaqəni kəsib.

Bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Səfirin sözlərinə görə, Paris 2024-cü ilin yayında keçiriləcək Olimpiya Oyunları ərəfəsində bu məsələdə Moskva ilə səyləri koordinasiya etmir:

“Tarixən Rusiya və Fransa terrorla mübarizədə səmərəli əməkdaşlıq ediblər, lakin Paris son vaxtlar bu sahədə bütün kommunikasiyaları dayandırıb. Səfirlikdə Olimpiya Oyunlarına necə hazırlaşmaq barədə hər hansı məlumat mübadiləsindən tamamilə məhrum edilmişik, çünki bizimlə dialoq yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər