Türkiyədə yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ

Türkiyədə yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ İzmirdə yaşayan şanlıurfalılar yas mərasimlərində yemək vermək adətini ləğv ediblər. Buna səbəb son illərdə Türkiyədə güclü bahalaşmanın olmasıdır.

Bununla bağlı ortaq qərarı İzmir Şanlıurfa Federasiyası açıqlayıb.

Federasiya prezidenti Ferit Mızraklı yasda verilən yeməyin mərhumun ailəsi üçün böyük xərc olduğunu, bu səbəbdən həmin adətin dayandırıldığını bildirib.
Mızraklı yazılı açıqlamasında başsağlığına gələn qonaqlara verilən yeməyin dəfn sahiblərinə mənfi təsir göstərdiyini vurğulayıb:

"Dəfn sahibləri üçün ağrıları bölüşmək və yüngülləşdirmək daha önəmlidir. Yemək adəti dözülməz bir yükə çevrilib və bu, yaxınını itirən insanlar üçün böyük yükdür. Başsağlığı zamanı yemək vermək bizim ənənəmiz və mədəniyyətimizdir, bunu inkar edə bilmərik. Ancaq bu dövrdə yemək vermək ciddi maliyyə yükü yaradır".

Tehsil-press.az

Oxşar xəbərlər