“Prado” işıqforda dayanan “Kamaz”a çırpıldı

“Prado” işıqforda dayanan “Kamaz”a çırpıldı Gəncədə qəza baş verib, bir nəfər yaralanıb.

Tehsil-press.az-n Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata əsasən, hadisə şəhərin Şah İsmayıl Xətai Prospektində baş verib. Gəncə şəhər sakini 33 yaşlı Anar Əhmədov idarə etdiyi "Toyota Prado" markalı avtomobili işıqforda dayanan "Kamaz" markalı avtomobilə çırpılıb, nəticədə Əhmədov yaralanıb.
Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yradım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlər Anar Əhmədova qarın boşluğu orqanlarının travması diaqnozu qoyub və ona ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşıdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər