
O, professor Marko Eduardo Rostinin rəhbərliyi altında "Mürəkkəb Axın və Mayelər" departamentində tədqiqat aparacaq. Bütün xərclər Okinava Elm və Texnologiya İnstitutu tərəfindən qarşılanır. Təcrübə proqramı isə 29 iyun -11 sentyabr tarixlərində baş tutacaq.
Məqsəd turbulent axın şərti altında reaktorun effektivliyini optimallaşdırıb daha səmərəli üsulla məhsul əldə etməkdir.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən OIST-də tədqiqat aparmaq üçün dünyaca məşhur alimlər müraciət edir. Bu müraciətlərin yalnız 10-14%-i müsbət nəticə alır.
Onu da vurğulayaq ki, Mədinə hazırda Orta Doğu Texniki Universitetində (ODTU) mübadilə proqramı ilə təhsilini davam etdirir.
Tehsil-press.az