Kadırov bacısı oğlunu nazir təyin etdi

Kadırov bacısı oğlunu nazir təyin etdi Çeçenistan rəhbəri Ramzan Kadırov Adam Çerxiqovu respublikanın nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin edib.

Bu barədə Çeçenistan rəhbəri Teleqram hesabında paylaşım edib.

“Gənc yaşına baxmayaraq, o, rəhbər vəzifələrdə böyük təcrübəyə və nazirliyin qarşısında duran vəzifələrin operativ və səmərəli icrası üçün zəruri bacarıqlara malikdir. Əminəm ki, Adam ona göstərilən etimadı tam doğruldacaq”, - o bildirib.

Buna qədər həmin vəzifəyə Adam Çerxiqovun atası Ramzan Çerxiqov rəhbərlik edib. Adam Çerxiqov həm də Çeçenistan lideri Ramzan Kadırovun bacısı Zarqan Kadırovanın oğludur.

Tehsil-press.az

Oxşar xəbərlər