Ali Məktəbdə təhsil alan 20 tələbə Pekində Çin Neft Universitetinin yay məktəbində iştirak edir. Tələbələrin xərcləri sözügedən universitet tərəfindən qarşılanır.
Xatırladaq ki, ötən il Çindən 20 tələbə BANM-in yay məktəbində iştirak etmişdi.
Bundan başqa, 2024/2025 tədris ilində Neft-qaz mühəndisliyi ixtisasından 6 tələbə Çexiyanın Ostrava Texniki Universiteti, eləcə də 1 tələbə Polşanın AGH Elm və Texnologiya Universitetində təhsilini davam etdirir.
Habelə Kimya mühəndisliyi ixtisasının 4 tələbəsi Türkiyənin İstanbul Texniki Universitetində və Neft və qaz texnologiyaları ixtisasının 2 magistr tələbəsi Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil almaq imkanı əldə edib.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
Tehsil-press.az