"The Hill": Erməni işğalına son qoyma zamanı çatıb

Axırıncı zorakılıq onu sübut etdi ki, belə davam edə bilməz - erməni işğalına son qoyulması zamanı çatıb. Trend-in məlumatına görə, bu barədə israil tətqiqat universitetinin beynəlxalq kommunikasiya üzrə direktoru Mayan Yaffe-Xoffmanın "The Hill" agentliyinin saytında yerləşdirilən məqaləsində deyilir.

Məqalədə Xoffman qeyd edir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizi hazırda Ermənistanın işğalı altındadır.
"Azərbaycanda hər 9-cu adam məcburi kökündür. BMT Təhlükəsizlik şurası 822, 853, 874 və 884 nömrəli qətnamələrə əsasən bu əraziyə Azərbaycanın hüququnu tanıyıb, lakin Ermənistan buna məhəl qoymamaqda davam edir", deyə məqalədə qeyd olunur.

tehsil-press.az

Oxşar xəbərlər