UNEC-in tələbələri infoturda

UNEC-in tələbələri infoturda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Absheron Hotel Group” arasında əməkdaşlıq çərçivəsində silsilə tədbirlər davam edir.
İqtisadiyyat fakültəsinin turizm və otelçilik, ekologiya, iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri “Absheron Hotel Group”a daxil olan “Boulevard Hotel Baku” və “Intourist Hotel Baku” otellərində infoturda olublar. Tələbələrə otellərin fəaliyyəti və karyera imkanları barədə məlumat verilib. Sonra tələbələr otellərin struktur bölmələrinin fəaliyyəti, nömrə fonduna daxil olan müxtəlif dərəcəli otaqlarla tanış olublar.
Tur zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mtbuat Xidmti


UNEC-in tələbələri infoturdaUNEC-in tələbələri infoturda

Oxşar xəbərlər