Oktyabrın 30-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Nümayiş Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.
Yeni layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Lənkəran Dövlət Dram Teatrının repertuarında olan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir.
Səhnə əsərində Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), aktyorlar Buludxan Buludov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axundov (Aruz qoca) və Saleh Əzimzadə (Beyrək) çıxış ediblər.
“Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Ancaq Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir.
Tamaşanın sonunda Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, teatrın Bədii rəhbəri, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən Lənkəran Dövlət Dram Teatrına uğurlu çıxışlarına görə Akademik Milli Dram Teatrının diplomu təqdim olunub.
Tehsil-press.az