100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələri AÇILACAQ

100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələri AÇILACAQ 2026-cı ilin sentyabr-oktyabr aylarına qədər 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulur.

Bunu Elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib:
Ətraflı

"Qalan hissə ilə bağlı planlarımız var. Əgər pilot layihələr uğurlu olarsa, həmin yerlərin sayını artırmaq daha asan olacaq. Çünki artıq müəyyən bir modelimiz var və bu model sınaqdan keçib uğurlu nəticə göstərdikdə, genişləndirilməsi daha rahat olacaq".

O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına töhfə verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər