Botanika İnstitutunun alimləri Qarabağda ekspedisiyaları davam etdirir

Botanika İnstitutunun alimləri Qarabağda ekspedisiyaları davam etdirir AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun alimləri tərəfindən Zəngilan rayonunda ekspedisiya həyata keçirilib.

Ekspedisiyanın məqsədi Zəngilan rayonunda flora müxtəlifliyinin tədqiqi, bitkiliyin araşdırılması, fitosenoloji təsvirin verilməsi və perspektivli növlərin resurs potensialının qiymətləndirilməsi, o cümlədən, “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” adlı kitabın, broşür və bukletlərin Böyük Qayıdış icmalarına çatdırılması, yerli əhali arasında faydalı bitkilərin istifadəsinin təbliğatının aparılması olub.

Ekspedisiyanın yağışlı hava şəraitinə təsadüf etməsinə baxmayaraq, botaniklər tərəfindən Zəngilan rayonunun Ağalı, Şəfibəyli, Rəzdərə və Məşədiismayıllı kəndlərində və Bəsitçay ətrafında geniş monitorinqlər aparılıb, bitkilik, yol kənarı taxıllı-kolluqlu bozqır bitkiliyinin floristik tərkibi araşdırılıb, ərazilərdə 22 növ ağac, kol, ot bitkiləri, o cümlədən 7 növ yarpaqgövdəli mamırların növ tərkibi və bioekologiyası öyrənilib, biotopları haqqında məlumatlar qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər