Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin açılış mərasimi keçirilib. Ölkənin aparıcı dövlət və qeyri dövlət, yerli və xarici şirkət rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-da sənaye-universitet işbirliyi sahəsində uğurlardan danışaraq Karyera Mərkəzinin açılması ilə bu sahədə əməkdaşlıqda yeni səhifənin açıldığına əminliyini ifadə edib.
Karyera Mərkəzinin açılış mərasimi ilə yanaşı, ADNSU-da 40-dək şirkətin iştirakı ilə Karyera sərgisi keçirilib. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” baş tutub. ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri üçün keçirilən sərginin açılış mərasimində çıxışı zamanı rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun hazırda 700-dən artıq şirkətlə əməkdaşlıq etdiyini, hər il 3000-dən artıq tələbənin istehsalat təcrübəsində nəzəri biliklərini artırdığını, yüzlərlə tələbənin ödənişli təcrübə proqramlarının qalibi olduğunu qeyd edib. Dosent Vazeh Əskərov ADNSU-nun son 2 ildə ardıcıl olaraq beynəlxalq reytinqlərdə yüksəldiyini qeyd edərək bu işdə universitetini işəgötürənlər arasında reputasiyasının önəmli yer tutduğunu vurğulayıb.
Sonra dosent Vazeh Əskərov və qonaqlar - SOCAR, BP energies, Alstom, Halliburton, Azel Systems MMC, Socar Fugro, CBM engineering şirkətlərinin rəhbərliyi karyera sərgisində təmsil olunan şirkətlərin stendləri ilə tanış olub, tələbə və məzunlara təklif olunan vakant iş və təcrübə yerləri ilə maraqlanıblar.
Sərgi çərçivəsində universitet ilə sənaye təmsilçilərinin iştirakı ilə dəyirmi masa ətrafında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr zamanı ölkənin bir neçə ali məktəbinin, o cümlədən ADNSU-nun beynəlxaq reytinqlərdə yer almasına toxunulub, bunun Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəlməsi və beynəlxalq nüfuzunun artması üçün əhəmiyyəti vurğulanıb, işəgötürənlərin milli təhsilimizin inkişafına töhfə verməsi üçün bu prosesdə daha fəal iştirakının zəruriliyi qeyd olunub. Müzakirlərin yekununda ADNSU-da tədrisin müasir sənaye və iqtisadiyyatın, eləcə də əmək bazarının tələblərinə uyğun aparılması işinin ardıcıllığını təmin etməsini hədəfləyən Tədrisin İnkişafı Şurası yaradılıb.
Karyera sərgisi çərçivəsində ADNSU və UFAZ tələbələri üçün Schlumberger, Deloitte, Azercell şirkətlərinin nümayəndələri tərəfindən müvafiq olaraq “Texniki bacarıqlar”, -“Müsahibə və CV hazırlığı”, “ Azercell-də iş və təcrübə imkanları” mövzularında təlimlər keçirilib, UFAZ-ın magistr proqramlarının təqdimatı keçirilib.
Tehsil-press.az