Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar olaraq Azərbaycan Universitetinin kollektivi Fəxri Xiyabanda olub, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Fəxri Xiyaban ziyarətinin ardından universitetin tədris binasında anım tədbiri təşkil olunub. Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində iştirakçılar universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, millət vəkili Elçin Mirzəbəyli, politoloqlar Anar Əliyev, Aytən Qurbanova, İlyas Hüseynov və Samir Hümbətovun çıxışlarını dinləyiblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinin, ölkəyə rəhbərliyinin hər iki dövründəki siyasi və dövlətçilik fəaliyyətinin əsas istiqamət və məqamlarına nəzər salınıb. Qeyd olunub ki, Azərbaycanın son 50 illik tarixinin hər səhifəsində Heydər Əliyevin imzası var. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, gələcəyi görə bilən, təkcə ideoloji baxımdan deyil, milli ideyaların həyata keçirilməsi və icrası prosesində bilavasitə iştirak edən, özündən sonra zəngin irs qoyub gedən Heydər Əliyev kimi müdrik lideri var.
Bildirilib ki, ümummilli liderin ideyaları əsasında və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və dövləti qarşısında duran ən əsas vəzifə yerinə yetirilib. Ölkənin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub. Heydər Əliyevin əsəri və əmanəti olan müasir, güclü, müstəqil Azərbaycanın hər qarışında üçrəngli bayrağımız dalğalanır.
İfadə edilib ki, Azərbaycan dövlətinin növbəti hədəflərindən biri Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da yaxın gələcəkdə həyata keçəcək.
Sonda ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub.
Tehsil-press.az