
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Xarici İşlər Nazirlərinin 49-cu iclasında çıxışı zamanı deyib.
"Çox güman ki, yaxın qonşumuzdakı son müzakirələrdən xəbəriniz var. Artıq Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər. Eyni zamanda, biz Azərbaycana dəmir yolu infrastrukturunun yenidən işə salınması, sərhəd-keçid və gömrük prosedurlarının sadələşdirilməsi, bəzi əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi yollarını təklif etmişik.
Açıq sərhədlər, qeyri-məhdud, azad və inklüziv regional iqtisadi əməkdaşlıq bu təşkilatın əsas hədəfləridir. Növbəti sədr kimi Azərbaycana uğurlar arzulayırıq", - deyə XİN başçısı açıqlayıb.
Tehsil-press.az