Dünyanın ən böyük ailəsi - 181 nəfərdirlər

Dünyanın ən böyük ailəsi - 181 nəfərdirlər Hamı düşünür ki, hərəmxanalar keçmişdə qalıb və yalnız zəngin insanlar üçün əlçatandır.

Hindistan sakini qədim ənənəni yaşadaraq hərəmxana qurub, düz 39 dəfə evlənib. Bütün arvadları onunla yaşayır və kişinin ümumilikdə 94 övladı var. Nikahdan kənar 14 övladını da əlavə etsək uşaqların sayı xeyli artır.

Zion Çanın ailəsi dünyada ən böyük ailə kimi tanınır. 181 nəfərdən ibarətdir. Kişinin 33 nəvəsi var.

Onların hamısı Hindistanın Mizoram əyalətində, Baktvanq kəndində 100 otaqlı dörd mərtəbəli binada yaşayırlar. Ev yalnız zahiri görünüşcə malikanəyə bənzəyir, əslində isə yataqxanadır, orada yeməkxana daha çox zavod yeməkxanasına bənzəyir.

Bütün ailəni yedizdirmək üçün ailə başçısı bir günə 100 kq düyü, 50 kq kartof və 30-a qədər toyuq almalı olur. Maraqlıdır ki, qadın nə qədər gənc olsa, onun otağı Çanın yataq otağına bir o qədər yaxındır.

Onun birinci xanımı, ailə böyüyü isə 71 yaşlı Zatiyanjidir. O, evdə nizam-intizam, uşaqların tərbiyəsi və təhsilinə cavabdehdir. Ən gənc həyat yoldaşının 27 yaşı var.

Çoxarvadlı Çanın tezliklə 70 yaşı tamam olacaq və o, artıq dünyanın istənilən yerinə göndərməyə hazır olduğu bir neçə yeni arvad axtarır.

Qeyd etmək lazımdır ki, kişi çoxarvadlılığa icazə verən təriqətin başçısıdır və özünü "Allah adamı" adlandırır.

Tehsil-press.az

Oxşar xəbərlər