Millinin oyunundan qayıdan azarkeş körpüdən yıxıldı - Vəziyyəti ağırdır

Millinin oyunundan qayıdan azarkeş körpüdən yıxıldı - Vəziyyəti ağırdır Bakıda bədbəxt hadisə baş verib.

Tehsil-press.az xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən körpüdə qeydə alınıb. Belə ki, həmin stadionda keçirilən matçdan (Azərbaycan-Portuqaliya) çıxan gənc azarkeş ehtiyatsızlıqdan həmin körpünün üzərindən yıxılıb. Ciddi travmalar alan gənc xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisə yerində araşdırma aparır, onun kimliyi araşdırılır.


Tehsil-press.az

Oxşar xəbərlər