
Hadisə dekabrın 24-də Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
8-ci sinif şagirdi səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb.
Əmisi Zamin Kərimovun dediyinə görə, müəllimləri onun məktəbə gəlmədiyini bildikdən sonra axtarışına başlayıblar.
Azyaşlının çantası Kür çayının kənarında tapılıb.
Onun çayda batdığı ehtimal olunduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.
Tehsil-press.az