Yeganə Mirzəyevanın “İz” kitabının təqdimat mərasimi keçirilib

Yeganə Mirzəyevanın “İz” kitabının təqdimat mərasimi keçirilib Yanvarın 18-də Libraff Park Akademiyada BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.dok, “Cığır” MDİD İB-nin təsisçisi Yeganə (İbrahim) Mirzəyevanın “İz” kitabının təqdimat mərasimi oldu. Müəllif kitabla bağlı öz səmimi duyğularını oxucularla bölüşərək bildirdi ki, İslam dininin insanın əbədi səadətinin işıq yolu olması ideyasını oxuculara çatdıran bu kitabını şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin əziz xatirəsinə ithaf edib.
Tədbirdə müəllifin yaxınları, dostları, iş və məslək yoldaşları, yazıçılar iştirak edərək Yeganə xanıma xoş arzularını çatdırmışlar. Sual cavab formatında davam edən tədbirdə müəllif hər bir insanın həyatda missiyası, həyatı ilə qoya biləcəyi İz dən, insanın "mən kiməm" sualına axtardığı cavabına açar olacaq bilgilər, xoşbəxtlik arayışından bəhs edərək oxuculara və qonaqlara da öz təşəkkürünü bildirdi. Tədbir imza mərasimi, xatirə şəkillərinin çəkilməsiylə ilə başa çatdı.Libraf kitab evinə "Cığır" MDİD İB adından təşəkkürnamə təqdim edildi.

Yeganə Mirzəyevanın “İz” kitabının təqdimat mərasimi keçirilib
Yeganə Mirzəyevanın “İz” kitabının təqdimat mərasimi keçirilib
Yeganə Mirzəyevanın “İz” kitabının təqdimat mərasimi keçirilib


Tehsil-press.az

Oxşar xəbərlər