Əsədin naziri yeni hökumətə təslim oldu

Əsədin naziri yeni hökumətə təslim oldu Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar ölkənin yeni hakimiyyət orqanlarına təslim olub.

Bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Əl-Şaar 2011-2018-ci illərdə Suriyanın daxili işlər naziri vəzifəsində çalışıb.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb.

Tehsil-press.az

Oxşar xəbərlər