Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında Anlaşma  Memorandumu imzalanıb Memorandum çərçivəsində universitetlər arasında magistratura səviyyəsində ikili diplom proqramlarının, birgə beynəlxalq layihələrin hazırlanması, müəllim və tələbə mobilliyi, elmi əməkdaşlıq istiqamətində razılığa gəlinib.

Əlavə edək ki, əsası 1453-cü ildə qoyulan İstanbul Universiteti Türkiyənin ilk və ən böyük universitetidir. Hazırda Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti arasında memorandum çərçivəsində işçi qrupları ikili diplom proqramlarının hazırlanmasına dair işləri davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər